Bakıda  saxta COVID pasportuna   görə 3 nəfər tutuldu -VİDEO
27 avqust 2021 15:56 (UTC +04:00)

Bakıda saxta COVID pasportuna görə 3 nəfər tutuldu -VİDEO

Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında saxta COVID-19 pasportu verildiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, paytaxtın Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib.

R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti də aşkar olunub.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bir məqam xüsusi olaraq vurğulanmalıdır ki,bu istiqamətdə həyata keçirilən tədbirlər koronovirusla mübarizədə fədakar fəaliyyətləri ilə xalqımızın böyük rəğbətini qazanan qəhrəman həkim və tibb işçilərinin əməyinə əsla kölgə salmamalıdır. Onlar həmişə olduğu kimi bu gündə hər birimizin sağlamlığının keşiyində əzmlə dayanıblar.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.

Bakıda saxta COVID pasportu verənlər tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5409
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46