Bakıda Rusiya ordusunda xidmətlə bağlı bukletlər YAYILIR  - Polis hərəkətə keçdi
05 aprel 2023 16:55 (UTC +04:00)

Bakıda Rusiya ordusunda xidmətlə bağlı bukletlər YAYILIR - Polis hərəkətə keçdi

0

Bakıda Rusiya ordusuna xidmətə çağırışla bağlı bukletlər paylanılır.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata əsasən, bukletlər "Babalarımız kimi vətən üçün çiyin çiyinə duraq" başlığı ilə yayılır.

Məlumata əsasən, Rusiya uğrunda döyüşmək, hərbi əməliyyatlara qoşulmaq müqabilində Rusiya vətəndaşlığı, mənzil, yüksək maaş, ailə üçün xeyli güzəştlər və imtiyazlar vəd edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Lent.az-a məsələdən xəbərdar olduqları bildirilib. Onun sözlərinə görə, hazırda araşdırma aparılır.

Paylanılan bukletlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3605

Oxşar yazılar