Bakıda qonşusunu bıçaqlayan həbs olundu
18 avqust 2021 16:21 (UTC +04:00)

Bakıda qonşusunu bıçaqlayan həbs olundu

Son zamanlar bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Hümmətov Aqil Valeh oğlunun əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda bildirilir ki, Hümmətov Aqil Valeh oğlunun qonşusu Məmmədov Yamən Tağı oğlunun sağlamlığına qəsdən ağır xəsarət yetirməsi faktına görə Bakı şəhəri, Xəzər rayon polis şöbəsinin istintaq şöbəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Aqil Hümmətovun üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağ massivində yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan Məmmədov Yamən Tağı oğlunun qarın nahiyəsindən qəsdən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Aqil Hümmətova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Mehman Nəbiyev

Oxşar yazılar