Bakıda qətl törədilən restoranda KÜTLƏVİ DAVA
14 sentyabr 2021 11:39 (UTC +04:00)

Bakıda qətl törədilən restoranda KÜTLƏVİ DAVA

Bakıda bir müddət əvvəl qətl hadisəsi baş verən restoranda kütləvi dava olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl gecə saat 11 radələrində paytaxtın Xocalı prospektində yerləşən “Berlin Pub”da qeydə alınıb. Mübahisə zamanı müştərilər arasında dava yaranıb.

Nəticədə müştərilərdən Kamran və Orxan qardaşları digər masada əyləşən şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avqustun 30-da “Berlin Pub”da mühafizəçi işləyən Orxan Şahbazov aralarında yaranan münaqişə zamanı müştəri Vüqar Mustafayevi döyüb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

# 6063
avatar

Mehman Nəbiyev

Oxşar yazılar