Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 22-də saat 20 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindəki qorunan keçiddə qeydə alınıb. Biləcəri lokomotiv deposuna məxsus elektrovoz velosiped sürən Cəlilabad rayon sakini Hüseyn Quluzadəni vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.