Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanıldı - VİDEO
08 oktyabr 2024 15:16 (UTC +04:00)

Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanıldı - VİDEO

2024-cü ilin sentyabr ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə Bakı şəhərində əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer yaxud yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma, eləcə də yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 40 əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar

Bakıda evdən 6 min manat  oğurlandı

Bakıda evdən 6 min manat oğurlandı

8 oktyabr 2024 , 18:02
Rayon prokuroru rüşvətə görə HƏBS OLUNDU

Rayon prokuroru rüşvətə görə HƏBS OLUNDU

8 oktyabr 2024 , 17:23
Gənc cütlük evdə qazdan zəhərlənib öldü

Gənc cütlük evdə qazdan zəhərlənib öldü

8 oktyabr 2024 , 15:52
Qadın gizlənqaç  oynayanda sevgilisini öldürdü

Qadın gizlənqaç oynayanda sevgilisini öldürdü

8 oktyabr 2024 , 14:34
Zaqatalada məktəbli qızı MAŞIN VURDU

Zaqatalada məktəbli qızı MAŞIN VURDU

8 oktyabr 2024 , 12:24
Qəzaya görə "20 Yanvar" yolunda tıxac yarandı

Qəzaya görə "20 Yanvar" yolunda tıxac yarandı

8 oktyabr 2024 , 12:13
Məscidə namaza gedən gənc özünü öldürdü

Məscidə namaza gedən gənc özünü öldürdü

8 oktyabr 2024 , 12:11
Bakının mərkəzində evdən meyit tapıldı

Bakının mərkəzində evdən meyit tapıldı

8 oktyabr 2024 , 11:45