Bakıda qadının təzyiqə məruz qalması VİDEOSU -na RƏSMİ MÜNASİBƏT
16 may 2021 20:20 (UTC +04:00)

Bakıda qadının təzyiqə məruz qalması VİDEOSU-na RƏSMİ MÜNASİBƏT

Sosial şəbəkələrdə qadının fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur.

DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, yayılan görüntülərlə bağlıfakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb.

Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər.

Elşad Hacıyev qeyd edib ki, hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

# 6387
avatar

Oxşar yazılar