Bakıda avtomobil qadını vurub.
Lent.az xəbər verir ki, hadisə mayın 22-də Xəzər rayonu Buzovna-Bakı şossesində baş verib.
İsgəndərov Tofiq Xeyrəddin oğlu idarə etdiyi "Ford Transit" minik markalı avtomobillə piyada Quliyeva Almagül Cəmaləddin qızını vurub.Zərərçəkmiş aldığı xəsarətlərdən mayın 23-də “Bakı Medical Plaza” mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.