Bakıda qadını maşın vurdu
28 fevral 2022 02:16 (UTC +04:00)

Bakıda qadını maşın vurdu

0

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Təranə Abbasova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1965

Oxşar yazılar