Bakıda qadını avtomobil vurdu
26 dekabr 2022 05:37 (UTC +04:00)

Bakıda qadını avtomobil vurdu

0

Bakının Xəzər rayonunda yol qəzası zamanı qadın xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1984-cü il təvəllüdlü Həsənova Elnarə Cəfər qızını avtomobil vurub. O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1868

Oxşar yazılar