14 may 2021 13:51 (UTC +04:00)

Bakıda qadına qarşı QULDURLUQ

Bakı şəhərində qadına qarşı quldurluq edən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 9-da F. İsmayılovaya zor tətbiq edərək telefonunu əlindən alan şəxs tapılıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluqdaşübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş R. Əşrəfov saxlanılıb.

# 1029
avatar

Oxşar yazılar