Bakıda qadın intihar edib.
Lent.az-ın məlumatına görə, hadisə avqustun 27-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 65 yaşlı Məmmədova Gülnisə Kamal qız evdə sirkə içərək özünü öldürmək istəyib.
O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı qadın avqustun 30-da orada ölüb.
İntiharın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir.
Faktla bağlı araşdırma aparılır.