Bakıda QADIN  narkotacir tutuldu
25 avqust 2022 14:16 (UTC +04:00)

Bakıda QADIN narkotacir tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tərtər rayon sakini Ş.İngiliszadə və Ağdam rayon sakini X.Hacıyeva saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan artıq heroin və  9 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Onların birgə yaşadıqları evə baxış zamanı isə oradan 1 kiloqramdan artıq heroin və 300 qram metamfetamin aşkar olunaraq götürülüb.

# 2169
avatar

Mehman Nəbiyev

Oxşar yazılar