Bakıda mağaza qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində mağazaların birindən 750 manat dəyərində bijuteriya və kosmetik vasitələr oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Adıgözəlova saxlanılıb.
Araşdırmalarla onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən olunub.