Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesində qeydə alınıb.
Zəminə İsmayılova idarə etdiyi avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən piyada 32 yaşlı Telman Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırma aparılır.