Bakıda qadın qazdan boğulub.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu H.Əliyev küçəsində qeydə alınıb.
46 yaşlı Gülövşə Şaban qızı Maxsudova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.