Bakıda qadın bank kartı oğurlayıb alış-veriş etdi
26 sentyabr 2024 11:19 (UTC +04:00)

Bakıda qadın bank kartı oğurlayıb alış-veriş etdi

Bakı şəhər sakini olan bir nəfərin bank kartından oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla tanışının həmin şəxsin mobil telefonunda olan bank tətbiqdən istifadə etməklə 1241 manatını oğurlaması üzə çıxıb. 

Oğurluq əməlində törətməkdə şübhəli bilinən 24 yaşlı Aydın Məşiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə sentyabrın 10-da bir nəfərin bank kartını oğurlamaqda və həmin kartla 144 manat məbləğində alış-veriş etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar