Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən şəxs zərərsizləşdirilib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, axtarılan Aydın Babayevin Səbail rayonu ərazisində gizləndiyi yer müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Qeyd edək ki, Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı bıçaqlayıb.
Hadisə yerinə gələn Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, bu barədə ilkin məlumatı Report verib.