Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 8 noyabr prospektində baş verib.
1969-cu il təvəllüdlü Əliyev Famil Aqil oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.