Bakıda parkda söyüş söyən iş adamı həbs olunub.
Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun parkında qeydə alınıb.
Tikinti şirkətlərindən birinin direktoru olan 43 yaşlı Samir Behbudov parkda telefonla danışarkən yüksək səslə söyüş söyüb. Onun sözlərinə görə, əvvəlcə telefonla danışdığı şəxs onu söydüyü üçün özündən çıxıb və nalayiq ifadələrlə cavab verib.
Bu zaman xidmətdə olan mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb və irad bildirib. Lakin şok vəziyyətində olduğu üçün Samir polisə əvvəlcə tabe olmayıb və söyüş söyməyə davam edib.
Nəticədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə keçirilən iclasda Samir Behbudov barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib.