Bakının Nizami rayonunda oteldə iki nəfər arasında insident yaşanıb.
Lent.az xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində yerləşən oteldə qeydə alınıb.
1989-cu il təvəllüdlü Eynar Məhərrəmov oteldə tanımadığı şəxslə mübahsə edib.
Tərəflər bir-birinə şüşə alətlə hücum edib və nəticədə Eynar Məhərrəmov xəsarət alıb.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.