Bakıda oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 7-də Binəqədi rayonunda vətəndaşa məxsus çantadan 2600 manat oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən N.Qurbanova müəyyən olunaraq saxlanılıb.