Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu
18 mart 2024 17:14 (UTC +04:00)

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

 

Bakıda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb.

Onun paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

# 2094
avatar

Oxşar yazılar