Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə fevralın 28-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən qəsəbə sakini D.Şirinova məxsus “Ford” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən oğlu avtomobillə birlikdə saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.