Bakıda motosikletçilər sürücünün qarşısını kəsib döydülər
12 may 2022 18:18 (UTC +04:00)

Bakıda motosikletçilər sürücünün qarşısını kəsib döydülər

Bakıda sürücüyə qarşı xuliqanlıq edilib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. Paytaxt  sakini Qədir Tağıyev öz avtomobili ilə hərəkətdə olarkən 2 motosiklet qəfil onun qarşısını kəsib. Motosikletdən düşən 4 nəfər onu döyüblər.

Faktla bağlı zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədənlər saxlanılaraq, məsuliyyətə cəlb olunublar.

# 2646
avatar

Mehman Nəbiyev

Oxşar yazılar