Bakıda minik maşını "KamAZ"la toqquşdu, ölən var - HADİSƏ ANI
02 dekabr 2025 12:35 (UTC +04:00)

Bakıda minik maşını "KamAZ"la toqquşdu, ölən var - HADİSƏ ANI

0

Bakının Buzovna qəsəbəsində baş verən ölümcül qəzanın görüntüləri yayılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar.
1. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər;
2. Yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.

Bu hadisə bir daha onu göstərdi ki, yollar edilən səhvləri bağışlamır.

***
09:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 34 yaşlı Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 62 yaşlı Məmmədova Gəvahir İsmayıl qızı vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar