Bakıda məşhur oteldə YANĞIN
19 fevral 2024 07:41 (UTC +04:00)

Bakıda məşhur oteldə YANĞIN

0

Bakıda tanınmış oteldə yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN otelində qeydə alınıb.

Alovlanma otelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 otel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Restoranda başlayan yanğın  otelin 312 nömrəli otağına keçib.  

Hadisə yerinə çatan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları otaqda qalan iki xanımı alovdan xilas edərək çölə çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5365

Oxşar yazılar