Fövqəladə Hallar Nazirliyi (FHN) dönərxanada baş vermiş yanğınla bağlı məlumat yayıb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 14:14
Bakıda dönərxana yanır.
Lent.az-ın məlumatına görə, hadisə bu gün 14 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Rayon ərazisindəki "Köz Tantuni Köftə Dönar"də baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.