Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar
22 dekabr 2023 11:41 (UTC +04:00)

Bakıda "Mercedes"i "moyka"dan qaçırdılar

Dekabrın 21-də gecə saatlarında Xətai rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Rafiq İsmayılov saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681

Oxşar yazılar