Bakıda mənzildə qadın meyiti aşkarlandı
25 sentyabr 2021 23:57 (UTC +04:00)

Bakıda mənzildə qadın meyiti aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Volkova Raya Vasilyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 1020
avatar

Oxşar yazılar