Bakıda məktəbli qıza qeyri-etik hərəkətlər edən saxlanıldı - VİDEO
20 yanvar 2023 18:57 (UTC +04:00)

Bakıda məktəbli qıza qeyri-etik hərəkətlər edən saxlanıldı - VİDEO

Bakıda məktəbli qızın oğurlanmağa cəhd olunması iddiaları ilə bağlı xəbər vermişdik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 42 yaşlı Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

# 3708
avatar

Oxşar yazılar