Bakıda maşınları oğurlayıb qəza törədən  saxlanıldı
24 mart 2025 13:09 (UTC +04:00)

Bakıda maşınları oğurlayıb qəza törədən saxlanıldı

Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbər görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb. Araşdırmalarla onun paytaxtın Nizami, Sabunçu və Səbail rayonlarında da analoji talama cinayətləri törətdiyi müəyyən edilib.

Belə ki, H.İbrahimov qeyd qeyd edilən rayonların ərazisində 5 obyekt və 1 avtomobildən pul, mobil telefon, eləcə də digər qiymətli əşyalar oğurlayıb. Saxlanılan şəxsin paytaxt ərazisində talama niyyəti ilə əlavə 2 avtomobilin şüşəsini sındırdığı, müxtəlif vaxtlarda qaçırdığı "VAZ" markalı maşınlarla isə qəza törədərək hadisə yerindən yayındığı müəyyən edilib. Saxlanılan şəxsin digər analoji hadisələrdə iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2168

Oxşar yazılar

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

11 avqust 2025 , 20:19
Bakıda evdən çürümüş meyit  TAPILDI

Bakıda evdən çürümüş meyit TAPILDI

11 avqust 2025 , 19:28
58 yaşlı yazıçı dənizdə boğuldu

58 yaşlı yazıçı dənizdə boğuldu

11 avqust 2025 , 19:24
Bakıda parkda ÖLÜM

Bakıda parkda ÖLÜM

11 avqust 2025 , 18:13
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

11 avqust 2025 , 16:14
Ağdaşda 2 yaşlı  qız hündürlükdən YIXILDI

Ağdaşda 2 yaşlı qız hündürlükdən YIXILDI

11 avqust 2025 , 15:53
Uşaq beşinci mərtəbədən yıxılıb öldü

Uşaq beşinci mərtəbədən yıxılıb öldü

11 avqust 2025 , 14:46
Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

11 avqust 2025 , 14:35