Bakıda maşın vuran piyada xəstəxanada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə fevralın 10-da Sabunçu rayonunda qeydə alınıb. 33 yaşlı Şükürov Elşən Məhəddin oğlu "Ford" markalı avtomobil vurub. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, fevralın 14-də burada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.