Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan-Buzovna şossesində qeydə alınıb. 34 yaşlı İskəndərov Ruslan Ziyad oğlunun idarə etdiyi "Opel" markalı avtomobil idarəetmədən çıxaraq, işıq dirəyinə çırpılıb.
Nəticədə sərnişin 37 yaşlı İsmayılov Vüsal İlqar oğlu hadisə yerində ölüb. Sürücü, həmçinin digər sərnişinlər Məmmədov Vüsal Ədalət oğlu və 19 yaşlı Əliyev Azər Əkrəm oğlu xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanaraq, araşdırma aparılır.