Bakıda maşın bazarında 4 mağaza YANDI   -  YENİLƏNİB  - VİDEO
13 aprel 2024 16:23 (UTC +04:00)

Bakıda maşın bazarında 4 mağaza YANDI - YENİLƏNİB - VİDEO

Xəbər verildiyi kimi, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Digər mağazalar yanğından mühafizə olunub.

***
15:00

Bakıda maşın bazarında baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***
14:27

Bakıda maşın bazarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Nizami rayonu, Babək prospektində yerləşən maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Mağazada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Yanğının tam söndürülməsi istiqamətində işlər davan etdirilir.

# 3684
avatar

Oxşar yazılar