Bakıda marketdən içki və kosmetik vasitələr  oğurlandı
17 iyun 2024 13:00 (UTC +04:00)

Bakıda marketdən içki və kosmetik vasitələr oğurlandı

Bakıda market qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,  iyunun 12-də gecə saatlarında Q.Qarayev prospektində yerləşən marketlərin birindən 550 manat dəyərində içkilər, kosmetik vasitələr və məişət əşyaları oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Nəriman Əliyev, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - Cavid Mahmudov və Vüqar İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar