Bakının Nizami rayonunda iki nəfər boğazından bıçaqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.
6 nəfər arasında düşən dava zamanı 1993-cü il təvəllüdlü Əhmədov Beytulla Elmar oğlu boğazından, 1978-ci il təvəllüdlü Serkan Aktaş isə baş nahiyəsindən bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.