Bakıda kürəkən qayınatasının  qızıllarını OĞURLADI
09 dekabr 2025 17:57 (UTC +04:00)

Bakıda kürəkən qayınatasının qızıllarını OĞURLADI

0

Dekabrın 8-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar