Bakıda dələduzluq edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakini olan bir nəfərin 12.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov ələ keçirilib.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Bakı şəhər sakini olan bir nəfərin 9000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın tutulub.
Faktlarla bağlı araşdırma aparılır.