Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Burada qəsəbə sakini 38 yaşlı Aytən Namiq qızı Novruzovanın meyiti aşkarlanıb.
Meyit aşkarlanarkən üzərində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, mərhumun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.