Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə aprelin 10-u saat 08:20-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində baş verib.
Zamanov Zərbi Eyvaz oğlu idarə etdiyi "Vaz 2170" markalı avtomobillə piyada 40 yaşlı Əsgərov Fuad Məmməd oğlunu vurub. Fuad Əsgərov aldığı xəsarətlərdən aprelin 12-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.