Bakıda evdə yanğın olub.
Lent.az xəbər verir ki, hadisə gecə saat 3 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi, Xanlar küçəsində qeydə alınıb. Yanğın zamanı burada tək yaşayan 50 yaşlı Qaydamakin Oleq Viktoroviçin yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 08:39
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
FHN-dən Lent.az-a bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.