Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində baş verib. 40 yaşlı Əfkari Eldar Məhərrəm oğlu səhər saatlarında yaşadığı evin həyətində özünü asıb.
İntiharın səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.