Bakıda kişi özünü 4-cü mərtəbədən atmaq istədi...
29 dekabr 2021 00:17 (UTC +04:00)

Bakıda kişi özünü 4-cü mərtəbədən atmaq istədi...

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 

FHN-dən Lent.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1608

Oxşar yazılar