Bakı şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.
Ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.