Bakıda kişi kirayədə qaldığı evdən 4000 manat  oğurladı
22 fevral 2025 12:11 (UTC +04:00)

Bakıda kişi kirayədə qaldığı evdən 4000 manat oğurladı

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414

Oxşar yazılar