Bakıda keçmiş məhkumun meyiti tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən yarım tikilidə naməlum kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Meyitə ilkin baxış keçirilərkən üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin əvvəllər məhkum olunmuş 54 yaşlı İnayət İbrahim oğlu Hüseynov olması müəyyən edilib.
Faktla bağlı araşdırılma aparılır.