Bakıda kafe qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində yerləşən kafelərin birindən 2870 manat pul, 2 ədəd noutbuk, 3 ədəd mobil telefon və planşet oğurlanıb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş X.Xalıqov müəyyən olunaraq saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.