Bakıda kafedə qadın kişini bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, R.Əliyev küçəsində baş verib.
“Kafe 21”də çalışan 32 yaşlı Şamil Zakir oğlu Hüseynliyə naməlum şəxs bıçaq xəsarəti yetirib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 25 yaşlı Nigar Elçin qızı İbrahimlinin törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.