Bakıda itkin düşən qadının yeri bilinib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla itkin düşən 29 yaşlı Yanardağ Büşra Şevki qızının Türkiyəyə getməsi müəyyən edilib.
***
Saat: 09:09
Bakıda qadın itkin düşüb.
Lent.az-ın məlumatına görə, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123, mənzil 50 ünvanında müvəqqəti yaşayan Türkiyə Respublikası vətəndaşı 29 yaşlı Yanardağ Büşra Şevki qızı saat 22 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun əri Yıldırım Sinan Süleyman oğlu polisə müraciətində bildirib.
Fakt üzrə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində axtarış işləri aparılır.